Bakıda 24/7 işləyən banka ehtiyac varmı? | Banco.az

Bakıda 24/7 işləyən banka ehtiyac varmı?

24/7 saat işləyən banklar hansılardır?

Bank xidmətlərinin keyfiyyətinin daha bir ölçü meyarı bu xidmətlərin daima əlçatan olması, xidmətin sürətliliyi, təcili halda “Sənin Bankının” sənin köməyinə necə çata bilməsidir. Bu gün texnoloji yeniliklər, onlayn-internet bankinq, mobil bankinq, cash in aparatları, digər ödəniş terminallarının mövcudluğu bizim işimizi xeyli asanlaşdırıb və müştərilərin bank filiallarından asılılığını azaldıb. Amma yenə də kredit götürən əhalinin böyük bir qismi hələ də “aparatla deyil” mütəxəssislə təmasda olmağa daha çox üstünlük verir və bir çox porsudarlar var ki, onların həll edilməsi fiziki baxımdan bankda olmadan mümkün deyil.

Bütün bunlar növbəti araşdırmamızın müzakirə mövzusuna çevrildi. Ölkəmizdə 24 saat çalışan və fasiləsiz olaraq müştərilərə xidmət göstərən bank filialları varmı?

Bu sual ilə bank sektorumuzun aparıcı liderlərinə müraciət etdik? Onların cavablarını sizə təqdim edirik.

Unibank:

“Unibank-ın filialları həftə içi 6 gün saat 09.00-dan 18.00-a qədər, kassalar isə 17.00-a qədər fəaliyyət göstərir. Bankda nahar fasiləsi mövcud deyil. Müştərilər bütün filiallarda pul köçürmələri və kredit ödənişlərini edə bilər”.

Bank of Baku:

Bankın filiallarından heç biri 24 saat fəaliyyət göstərmir. Müştərilərə həftə içi 6 gün 09:00-17:00 –a qədər xidmət göstəririk. Terminallarda isə günün 24 saatı ərzində ödəniş etmək mümkündür. :http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/

AccessBank:

 Hal-hazırda belə bir filialı yoxdur, amma tezliklə açılması gözlənilir, çox güman ki şəhərin mərkəzində olacaq.

EkspressBank: 

Bankın Neftçilər filialına müraciət edə bilərsiniz. Filial həftə içi 5 gün, Bazar ertəsindən Cümə gününədək saat 9:00-dan 20:00-dək işləyir. Ünvan: Nizamı ray, R.Rüstəmov k-si 34B (Neftçilər m., dairədən parkla aşağı düşərkən NZS istiqamətində yolun sol tərəfindədir, Ustop dükanından sonra). Kassa saat 9:00-dan 19:00-dək işləyir, bütün bank əməliyyatlar keçirilir.

Yapı Kredi Bank Azərbaycan

Yapı Kredi Bank filiallarına müraciət etmək istəsəniz, aşağıdakı filiallar xidmətinizdədir:

1. 28 May filialı (09:00 - 17:00) 2. Əhmədli filialı (09:00 - 17:00) 3. Səbail filialı (09:00 - 20:00) 4. Sumqayıt filialı (09:00 - 17:00) 5. Nərimanov filialı (09:00 - 22:00)

Bank Respublika:

Ofis 24 bölməmiz həftənin bütün günləri, o cümlədən bazar və bayram günləri 24 saat fasiləsiz olaraq aşağıdakı xidmətləri göstərir: Əmanətlərin qəbulu; Plastik kartlar üzrə əməliyyatlar və sifarişi; Təcili pul köçürmələri; Valyuta mübadiləsi; Mobil rabitə, internet, kabel televiziyası, kommunal, telefon danışıqlarının, eləcə də Dövlət yol polisinin cərimələrinin və kredit üzrə borcun ödənişi. Ünvan: Neftçilər prospekti,67 (Funikulyorun yaxınlığında).

Bank Standard:

.Təəssüf ki, bankımızın 24 saat çalışan filialı yoxdur. Təşəkkür edirik!

DəmirBank:

DəmirBank-ın 24 saat işləyən filialı yoxdur.

ASB Bank:

Bankın  Dənizkənarı Bulvar (Park Bulvar) filialı hər gün saat  09:00-21:30-ə qədər xidmət göstərir,  Kassa 21-00-a qədər açıq olur. Digər bütün filialları isə həftə içi 09:00-17:30 arası fəaliyyət göstərirlər. Kassa 17:00-a qədər açıq olur.

AGBank:

AGBankın bütün filialları həftə içi 5 gün 9-dan-6-ya kimi çalışır. Lakin Məlumat Mərkəzi 135 24/7 çalışır, buyurub zəng edə bilərsiniz. Müraciət etdiyiniz üçün Təşəkkür edirik!

Ekstra iş saatlarında xidmət göstərən bank filialları!  

Bankın adı

Filialın adı

Ünvan

Iş günləri

Iş saatları

Bank Respublika

Ofis 24

Neftçilər prosp 67
Telefon: (+994 12) 492 28 45,
492 65 80 (Funikulyorun yaxınlığında)

Bazar Ertəsi

–  Bazar

24 saat

ASB Bank

Park Bulvar

Neftçilər prosp, Park Bulvar
Tel: (+994 12) 598 71 66/68
Fax: (+994 12) 598 71 66

Bazar Ertəsi

– Bazar

09:00

–21:30

Ekspressbank

Neftçilər filialı

Nizami ray. R.Rüstəmov küç.,34b
Tel: 323 02 74; 323 04 98; 323 08 59; 323 12 81

Bazar Ertəsi

– Cümə

09:00 –20:00

Yapı Kredi Bank

Səbail filialı

Nizami küç.,340, İSR Plaza
Tel: (+994 12) 493 01 25
Faks: (+994 12) 493 01 64

Bazar Ertəsi

– Şənbə

09:00 – 20:00

 

Yapı Kredi Bank

Nərimanov filialı

Ağa Nemətulla kuç. ilə Təbriz küçəsinin kəsişməsi
Tel: (+994 12)566 90 02
Faks: (+994 12) 566 90 16

 

Bazar Ertəsi – Cümə

Şənbə-Bazar

09:00 - 22:00

 

10:00 - 22:00

Yapı Kredi Bank

Hilton Valyuta Dəyişmə Məntəqəsi

Azadlıq Prospekti 1
Tel: (+994 12) 496 89 71
Faks: (+994 12) 496 89 72

Bazar ertəsi  – Bazar

07:00- 23:00

Bank of

Azerbaijan

3 saylı "Sahil" filialı

S.Vurğun küç. 3

Tel.: (+99412)498 02 45
Faks: (+99412)498 02 47

Bazar Ertəsi – Cümə

 

09:00 - 22:00

18 saylı filial

Məmməd Araz küç. 25V Tel.: (+99412) 436 57 04
Faks: (+99412) 436 57 03

Bazar Ertəsi – Cümə

 

Şənbə–    Bazar

09:00 - 21:00

 

13:00 -22:00

"Sumqayıt" filialı

Sumqayıt ş. 30 - cu məhəllə, ev 10/6, mənzil 46 Теl.: (+99418) 654 57 70/72/73
Fаks: (+99418) 654 57 71

Bazar Ertəsi – Cümə

 

Şənbə– Bazar

09:00 - 21:00

 

13:00 -22:00

"Gəncə" filialı

Gəncə ş., Xətai pr. 52A Теl.: (+99422) 265 00 03/08
Faks: (+99422) 265 00 18

Bazar Ertəsi – Cümə

09:00 - 22:00

Ən sərfəli kredit üçün müraciət et

Banklar tərəfindən texnoloji yeniliklərin tətbiqi (mobil bankinq, onlayn bankçılıq, internet bankinq), həmçinin müxtəlif ödəniş köşkləri ilə əməkdaşlıq (MilliÖN və ya eManat) 24 saat ərzində müştərilərə fəaliyyət göstərmək imkanı verir ki, bu da getdikcə 24 saat işləyən banklara ehtiyacı azalda bilər.

Könül Soltanova/ Banco.az