Martın 10-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq saat 10:00-da Şirkətin mərkəzi ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100E ünvanında baş tutacaq.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.. Onun nizamnamə kapitalı 8 925 444 manatdır. Şirkətin səhmlərinin 57,98%-i “Bank Respublika” ASC-yə, 42,02%-i isə "Diamond Motors", "Subaru Azərbaycan" və "Yeni Motor" MMC-lərə, eləcə də 2 fiziki şəxsə - Murad Arif oğlu Rəhimova və Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.
Mənbə: Report.az