Məlum olduğu kimi, bu il manatın vəziyyəti ilə bərabər, həmçinin də bankların bağlanması ilə yadda qaldı. 2016-cı ildə 11 bank bağlandı. Bankların bağlanması isə ağıllarda bir sualı yaratdı:
"Kredit borcu olanlar indi nə edəcək?"
Hələ də gündəmdə olan bu suala müxtəlif fikirlər gəlsə də, ümumi nəticə bundan ibarətdir ki, borclu vətəndaşlar kreditlərini müvəkkil banklara köhnə qaydada ödəməlidirlər.
Bəs, bağlanmış banka kredit borcu olan şəxs borcunu hara və necə ödəməlidir?
Banco.az-ın Əmanətlərin Sığortalanması Fondundan aldığı məlumata əsasən, bağlanmış bankların kreditorları öz borclarını kreditlərinin olduğu bankın baş ofislərinə yaxınlaşaraq ödəyə bilərlər. Sizlərə həmin bankların ünvanlarını və əlaqə nömrələrini təqdim edirik:
Bank |
Ünvan |
Əlaqə | Bağlanma tarixi |
Bank of Azerbaijan |
Bakı şəh., H.Sarabski küç., məhəllə 657 |
(012) 499-70-00 |
18.01.2016 |
Gəncə Bank |
Gəncə şəh., Atatürk prospekti 260 |
(+994 22) 256-03-44 |
22.01.2016 |
United Credit Bank |
Bakı şəh., Nizami küçəsi, ev 98 |
(012) 490-06-41 |
25.01.2016 |
AtraBank | Bakı şəh. R.Behbudov küç., 77 | (012) 441-20-93 |
27.01.2016 |
Qafqaz İnkişaf Bankı |
Bakı şəh.,Binəqədı,Əcəmi Naxçıvani,147A |
(012) 505-85-15 |
27.01.2016 |
Texnika Bank |
Bakı şəh.,Xətai,Babək,16 |
(012) 447-77-44 | 01.02.2016 |
Deka Bank | Bakı şəh. Xəqani 14/16 |
(012) 498-11-48 |
21.07.2016 |
Kredo Bank | Bakı şəh. Səbail,Nigar Rəfibəyli,1 |
(012) 437-09-04 |
21.07.2016 |
Parabank | Bakı şəh. Nəsimi,Səməd Vurğun,60 | (012) 447-10-00 |
21.07.2016 |
Zaminbank | Bakı şəh. Xətai,Babək,1130 |
(012) 464-14-01 |
21.07.2016 |
Bank Standard | Bakı şəh. Azərbaycan prosp. 4. |
(012) 497-10-70 |
01.10.2016 |