Bağlanan bankların şəhadətnamələri ləğv edilib | Banco.az

Bağlanan bankların şəhadətnamələri ləğv edilib

Banco.az xəbər verir ki, bu gündən “Azərbaycan Kredit Bankı” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb.

Fonddan verilən məlumata görə, banka verilmiş şəhadətnamə ləğv edilib.Hazırda Fonda üzv bankların sayı 43-dür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası ləğv olunub.