"Dünya bazarında neftin bir barelinin qiyməti orta müddətli perspektivdə bahalaşacaq və 75 dollardan çox olacaq".
Bunu "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
O, "Rusiya 24" telekanalına müsahibəsində bildirib: "Belə olan halda mən gözləmirəm ki, OPEK yaxın zamanlarda baş tutacaq sammitində neft hasilatına dair kvotanı azaltmağa qərar verəcək".
Məlumatlara görə, dünən Moskva vaxtı ilə axşam saat 20:15-də bir barel Brent markalı neftin qiyməti 62,12 dollar olub. Mayın 4-də Şimal dənizi neftinin qiyməti ötən ilin dekabrında maksimuma - 67,24 dollara qalxıb.
V.Ələkbərov bu il aprelin 21-də bildirmişdi ki, neftin qiyməti lap aşağı düşüb. Hətta ilin əvvəlində "qara qızıl"ın bir barelinin dəyəri 25 dollara qədər düşə bilər.
Rusiyanın bu il üçün dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Ölkənin İqtisadi İnkişaf Nazirliyinin ilkin hesablamalarına əsasən, 2018-ci ilə bir dollar 40 rubl dəyərində olacaq və əgər neftin bir barelinin qiyməti 100 dollara qədər qalxarsa, Rusiyaya qarşı sanksiyalar tədricən azaldılacaq.
anspress.com