Azərbaycanın Türkiyəyə yatırımları 20 milyard dollara çatacaq | Banco.az

Azərbaycanın Türkiyəyə yatırımları 20 milyard dollara çatacaq

Azərbaycanın Ankaradakı Səfiri Xəzər İbrahim, “Bu gün Azərbaycan Türkiyənin ən böyük sərmayəçisidir. Bu ilin sonunda Azərbaycanın Türkiyəyə yatırımları 20 milyard dollara çatacaqdır” deyə açıqlama edib.

Xəzər İbrahim Amasiya Universitetinin İpekköy Kampusunda keçirilən “Azərbaycanın 100 – ci ili Türkiyə Münasibətləri və Regional Təhlükəsizlik” konfransındakı çıxışı zamanı Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, bunun iki dövlətə də güc qazandırdığını dilə gətirib.

Azərbaycan iş adamlarının Türkiyəyə sərmayə qoyduğunu vurğulayan İbrahim nitqinə belə davam edib:

Ən sərfəli kredit üçün müraciət et

“Bu gün Azərbaycan Türkiyənin ən böyük sərmayəçisidir. Bu ilin sonunda Azərbaycanın Türkiyəyə yatırımları 20 milyard dollara çatacaqdır. Heç bir zaman reallaşacağına ümid edilməyən Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tblisi-Ərzurum Qaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru KəməriBakı-Tbilisi-Qars Dəmiryol Xətti layihəsi iki qardaş ölkənin iş birliyi sayəsində həyata keçirildi. Bu layihələrlə regionda iqtisadi inkişafın təmin olunacağına inanıram.”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et