“RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
Araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdiriblər.
İlkin məlumatlara görə, 35.0 min manat məbləğində vəsaiti kredit şəklində alaraq, mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Anspress