2013-cü il ərzində Azərbaycanın 28 sığorta şirkəti tərəfindən 405,67 milyon manat (520 milyon ABŞ dolları) sığorta haqqı hesablanıb.
Dövlət Sığorta Nəzarəti Xidmətinin yaydığı məlumata görə, 2012-ci illə müqayisədə şirkətlərin yığımları 63,17 milyon manat və ya 18,5% artıb.
Ötən il sığorta şirkətləri tərəfindən 122,8 milyon manat sığorta ödənişi həyata keçirilib. Ödənişlər 2012-ci illə müqayisədə 31% artıb.
marja.az