Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin yanvar ayının yekunu üzrə bankların ümumi gəlirlərinin ziyanla işləyən bankların ümumi zərərindən 18,22 dəfə çox olduğunu qeydə alıb. Bu barədə AMB-nin hesabatında məlumat verilib.
Hesabata əsasən, 38 bankın gəliri 51,92 milyon manat, 5 bankın zərəri isə 2,85 milyon manat təşkil edib ki, bu da bank sisteminə 49,07 milyon manat xalis gəlir qazanmağa imkan verib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında gəlirlə işləyən bankların sayı 3 ədəd artıb, sektorun ümumi gəliri isə 51,9 faiz çoxalıb. Bununla belə, zərərlə işləyən bankların sayı 8-dən 5-dək enib, ümumi zərər isə 1,7 dəfə azalıb.
Qeyd edək ki, 38 bankın işinin yekunları üzrə müvafiq dövrdə əldə olunan bank sisteminin maksimum gəlir göstəricisi 2013-cü ilin noyabrında 346,89 milyon manat həcmində qeydə alınıb. Həmin ayda 334,16 milyon manat həcmində maksimum xalis gəlir əldə olunub.
Mənbə: trend.az