Şirkətdən verilən məlumata görə, “75 ulduz” layihəsi ölkə vətəndaşları arasında sığortaya aid intellektual müsabiqə keçirilməsini nəzərdə tutur: "Məqsəd cəmiyyətdə sığorta haqda bilgiləri artırmaq, sığortanın adi vətəndaşlara verdiyi fayda və üstünlükləri barədə əhalini maarifləndirməkdir".
Şirkətin planlarına görə, layihəyə yüzlərlə vətəndaşın qatılması gözlənilir və onlardan 75-i qalib olacaq. Layihə həm sığrta sahəsi, həm də "Atəşgah" şirkəti ilə tanışlığı nəzərdə tutur. Mərhələlərlə keçiriləcək Layihə çərçivəsində təşkil olunacaq oyun və müsabiqələrdə iştirakçılar öz biliklərini yoxlayacaqlar. Təşkilatçılar layihəyə Bakı ilə yanaşı, respulikanın regionlarından da iştirakçıların qatılacağını gözləyirlər.
Layihənin şərtlərinə görə, burada yaşından və təhsilindən asılı olmayaraq istəniən şəxs iştirak edə bilər.
“75 Ulduz” layihəsinə qatılmaq istəyənlər ya birbaşa şirkətə (Bakı şəh, Ceyhun Hacibəyli küç., 218) müraciət edə bilər, ya da CV-lərini (şəxsi məlumatı adı, soyadı, əlaqə nömrələrini) [email protected] ünvanına göndərə bilərlər.
Layihə ilə əlaqədar suallarla (012) 940 və ya (050) 291 33 55 əlaqə nömrələrinə və ya müraciət etmək olar.
fins.az