Azərbaycanda ÜDM istehsalı 100 mlrd. manatı ötüb | Banco.az

Azərbaycanda ÜDM istehsalı 100 mlrd. manatı ötüb

2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.

ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram