Azərbaycanda tibbi sığorta xidmətləri göstərən şirkətlər ehtiyat fondlar yaradacaqlar | Banco.az

Azərbaycanda tibbi sığorta xidmətləri göstərən şirkətlər ehtiyat fondlar yaradacaqlar

Tibbi sığorta xidmətləri göstərən Azərbaycan şirkətlərinin qarşısına ehtiyat fondlar yaratmaq öhdəliyi qoyulub.

Milli Məclis "Tibbi sığorta haqqında" qanunun 13-cü maddəsinə müvafiq dəyşiklikləri təsdiq edib.

Dəyişikliklərə uyğun olaraq, ehtiyat fondlar şirkətlərdən toplanan mükafatlardan formalaşdırılacaq. Bundan əlavə, qanunda redaksiya xarakterli dəyişikliklər də edilib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda "Tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilib.

Azərbaycanda tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortanın bir hissəsidir, əhalinin icbari tibbi sığorta proqramına uyğun həcmdə yardım qismində tibbi və dərman preparatları almasını təmin edir.

Mənbə: trend.az