Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsinə yenidən baxacaq. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvəyə mindikdən sonra fondun Himayəçilik Şurasının təcili iclası çağırılıb.
A.Cavadov qeyd edib ki, qanunun qüvvəyə minməsi ilə sığortalanan əmanətlərin məbləği üzrə hədd aradan qaldırılacaq, lakin bu, ADIF-in zəmanət verdiyi depozitlərin faiz dərəcələrinə aid deyil: "Buna görə də Himayəçilik Şurasında bu faiz dərəcəsinin yenidən baxılması məsələsi nəzərdən keçiriləcək".