Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin birinci yarısında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 003,7 kiloqramı qızılın, 1 720,1 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9% artıb, gümüş istehsalı isə 6,6% azalıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, ölkədə 247,7 kiloqram hazır qızıl, 679,1 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!