"Azərbaycanda qeyri-neft sektoru iqtisadiyyatın aparıcı sahəsinə çevrilib" | Banco.az

"Azərbaycanda qeyri-neft sektoru iqtisadiyyatın aparıcı sahəsinə çevrilib"

Azərbaycanın qeyri-neft sektoru 10 faiz artaraq ümumilikdə ümumdaxili məhsulu 57 faiz təşkil edib.

"Ötən il Azərbaycanda qeyri-neft sektoru iqtisadiyyatın aparıcı sahəsinə çevrilib." 

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan investisiya sammitində AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektoru 10 faiz artaraq ümumilikdə ümumdaxili məhsulu 57 faiz təşkil edib. Hazırda qeyri-neft sektorunda risklərin azalması üzrə işlər davam edir. Rüfət Məmmədov bildirib ki, Azərbaycan iqtisadiyyatı hətta 2009-cu ildən inkişaf etməkdə davam edib və bütün sahələr üzrə reytinq göstəricisi yaxşılaşıb. 

"Azərbaycan infrastruktur layihələrinə üstünlük verir. Çünki 140 ölkə ilə ticarət əlaqələri var. Bu baxımdan dəmiryolu, hava və su nəqliyyatı kimi infrastruktur layihələrinin inkişaf etdirilməsində böyük önəm var." - deyə AZPROMO-nun rəhbəri vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda “Four Seasons” otelində Azərbaycan investisiya sammiti öz işinə başlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com