Azərbaycanda problemli kreditlər kəskin artıb | Banco.az

Azərbaycanda problemli kreditlər kəskin artıb

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-ci il yanvarın 1-nə 1 508,5 mln. manat təşkil edib.

"Banco.az"ın "Report"a istinadən verdiyi xəbərə görə, dekabrın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 278,9 mln. manat və ya 22,68%, 2015-ci ilin əvvəli ilə müqayisədə isə 532,2 mln. manat və ya 54,51% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 6,9% təşkil edib. Qeyd edək ki, dekabrın 1-nə bu göstərici 6,6%, keçən ilin əvvəlində isə 5,3% olub.

Manatla verilən vaxtı keçmiş kreditlər yanvarın 1-nə 840,2 mln. manat təşkil edib ki, bu da dekabrın 1-nə nisbətən 5,8 mln. manat və ya 0,7% azdır. İilin əvvəli ilə müqayisədə isə 72,6 mln. manat və ya 9,5% çoxdur. Bu kreditlərin manatla məcmu kreditlərdə xüsusi çəkisi son bir ayda 0,2 faiz bəndi azalıb, ilin əvvəlindən 1,9 faiz bəndi artaraq 7,6%-ə çatıb.

Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 15,1% təşkil edib. Bir ay əvvəl bu göstərici 15%, ilin əvvəlində 12,1% olub.

Ən sərfəli kredit üçün müraciət et

Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı yanvarın 1-nə 6,2%, ötən ilin əvvəlində 4,2%, dekabrın 1-nə isə 6,3% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi bu ilin əvvəlinə 668,3 mln. manat təşkil edib. Bu, dekabrın 1-nə nisbətən 284,7 mln. manat və ya 74,2%, ötən ilin yanvarın 1-i ilə müqayisədə isə 459,5 mln. manat və ya 2,2 dəfə çoxdur.

Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi yanvarın 1-nə 6,2%, keçən ayın əvvəlinə 4,9%, ötən ilin əvvəlinə isə 4,1% olub.

Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı yanvarın 1-nə 8,6% olub. Qeyd edək ki, keçən ay bu göstərici 6,6%, ilin əvvəlində 6,3% təşkil edib.

Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı yanvarın 1-nə 5,1%, dekabrın 1-nə 3,9%, 2015-ci ilin əvvəlində isə 3,3% olub.