Azərbaycanda problemli kreditlər azalıb | Banco.az

Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il noyabrın 1-nə 1 375,6 mln. manat təşkil edib. 

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 221,7 mln. manat və yaxud 13,9% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 132,9 mln. manat və yaxud 8,8% azalıb, son 1 ildə isə 73,7 mln. manat və yaxud 5,7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Noyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 8,7% təşkil edib. Bu göstərici oktyabrın 1-də 9,5%, ötən ilin sonunda 6,9%, 1 il bundan əvvəl isə 7% olub. 

Mənbə: Report.az