Müəllif: Gülnar Əhmədli, Banco.az
Magistral neft kəmərləri ilə 33108,4 min ton neft nəql edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 76,0 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 25172,5 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,0 faizini və ya 20902,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17 faizini və ya 4270,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!