Cari ilin III rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,4% ucuzlaşıb. Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə ilkin mənzil bazarında qiymətlərdə 0,1% bahalaşma, təkrar mənzil bazarında isə 1,4% ucuzlaşma müşahidə olunub.
Statistikaya əsasən cari ilin sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,1%, elektirk enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5% bahalaşıb, emal sənayesi üzrə 0,5% ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7% bahalaşıb.