Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 242,354 milyon manat sığorta haqqı toplanılıb.
Mərkəzi Bankın məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,6% artaraq 113,553 milyon manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 110,747 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 73% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 12,4% azalaraq 26,053 milyon manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 45,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-may aylarında 30,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 27,9 manatdan 22,95 manata düşüb.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!