Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin ikinci rübündə Azərbaycan banklarında biznes kreditlərinə tələb 15%, ipoteka kreditlərinə tələb 23%, istehlak kreditlərinə tələb isə 29% artıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində qeyd edilib.
Məlumata görə, II rübdə bankların daxili ipoteka kreditlərinə tələb 2%, İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) kreditlərinə tələb isə 19% artıb.
Qeyd edək ki, banklar bu ilin III rübündə ipoteka kreditlərinə tələbin 23% artacağını gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!