"Finans Kredit" MMC bank olmayan kredit təşkliatı (BOKT) ləğv olunub. Banco.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı kreditorlara məlumat göndərilib.
Belə ki, kreditorlar iki ay müddətində öz tələblərini şirkətin Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi,30/33 ünvanında yerləşən ofisinə bildirə bilərlər.