Müəllif: Tamara Mustafayeva, Banco.az
Yapı Kredi Bank Almaniyada bank satın alıb.
Banco.az xəbər verir ki, Yapı Kredi Bank (YKBNK) Almaniyada bank fəaliyyəti ilə məşğul olmaq üçün bank lisenziyalarına sahib olan "Bankhaus J. Faisst oHG"nin bütün səhmlərini satın alaraq köçürmə prosesinin tamamlandığını açıqlayıb.
Bank 27 aprel 2022-ci il tarixində prosesin başladığını elan etmişdi. Bu gün isə alqı-satqı prosesinin başa çatdığı açıqlanıb.
Yapı Kredi Bank bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.
Bildirilib ki, səhmlərin köçürülməsi ilə bağlı müvafiq yerli və beynəlxalq tənzimləyici orqanlardan lazımi hüquqi icazələr alınıb və bütün "Bankhaus J. Faisst OHG" səhmlərinin Yapı Kredi Banka təhvil verilməsi 23.07.2024-cü il tarixində tamamlanıb.
Bankdan verilən açıqlamaya görə, alınan bankda 60 milyon avro kapital artımı ediləcək və avqust ayından etibarən adı “Yapı Kredi Almaniya” olaraq dəyişdiriləcək.
Xatırladaq ki, Türkiyənin Yapı Kredi Bankının ölkəmizdə də törəmə bankı fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!