Azərbaycanda biznes kreditlərin 5,4 mlrd. manatı iri sahibkarlara verilib | Banco.az

Azərbaycanda biznes kreditlərin 5,4 mlrd. manatı iri sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin 1 oktyabr tarixinə kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 12 milyard 78 milyon manata çatıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 2.2% çoxdur.

Hesabata görə, cəmi biznes krediti portfelinin 515.8 mln. manatı və ya 4.3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə əsasən, kreditlərin 5 mlrd. 412 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 525 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 727 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 413 mln. manatı isə mikro sahibkarlığa verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram