Azərbaycanda biznes kreditlərin 5,3 mlrd. manatı iri sahibkarlara verilib | Banco.az

Azərbaycanda biznes kreditlərin 5,3 mlrd. manatı iri sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 11 milyard 650 milyon manata çatıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 4,3% çoxdur.

Hesabata görə, cəmi biznes krediti portfelinin 475.4 mln. manatı və ya 4.1%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə əsasən, kreditlərin 5 mlrd. 312 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 451 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 751 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 134 mln. manatı isə mikro sahibkarlığa verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram