2015-ci il iyun ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) tərəfindən qeydə alınmış alqı-satqı səhmləri üzrə birja əqdlərinin həcmi ötən ilin iyun ayı ilə müqayisədə analoji göstərici 5 dəfə artıb.
Trend-in verdiyi məlumata əsasən, bu barədə MDM-nin saytında dərc olunan xəbərdə deyilir.
Məlumatda deyilir ki, hesabat dövründə nominal dəyəri 276,7 milyon manat həcmində 307 əqd, ötən ilin iyun ayında 53,7 milyon manat həcmində 564 əqd qeydə alınıb.
Bu ilin iyun ayında Mərkəz tərəfindən nominal dəyəri 1,4 milyon manat həcmində 13 birjadankənar əqd, həmçinin əlavə emissiya üzrə nominal dəyəri 16,19 milyon manat həcmində 42 əqd qeydə alınıb.
Birjadankənar əqdlərin həcmi ötən ilin iyun ayının analoji göstəricisi ilə müqayisədə 31,7 dəfə artıb. 2014-cü il iyun ayında MDM tərəfindən 2,05 milyon manatlıq 31 əqd qeydə alınıb.
İllik hesabatda əlavə emissiya üzrə əqdlərin həcmi 3,8 dəfə azalıb (2014-cü il iyun ayında 61,68 milyard manatlıq 47 əqd qeydə qalınıb).