Azərbaycanda Aİ-95 benzinin istehsalının dayandırılması və onun idxal edilməsi neft məhsulları bazarında rəqabət yaradacaq.
Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Aİ-95 və Aİ-98 benzinləri açıq bazarda satılacaq.
Nazir bazara nəzarət olacağını da əlavə edib.
Nazir qeyd edib ki, hər kəsə benzin idxal etmək və bazarda rəqabət yaratmaq imkanı veriləcək:
“Amma bu yalnız Aİ-95 və Aİ-98 benzinlərinə aid olacaq”.
Qeyd edək ki, Azərbaycanda benzin çatışmazlığı yarandığından benzin ixracı dayandırılıb.
Dövlət Neft Şirkəti Aİ-95 benzinin istehsalını dayandırmaq və tam şəkildə Aİ-92 benzinin istehsalına keçmək üçün hökumətə müraciət edib.
Gün.Az