Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 205,8 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 18,4 % artaraq 160,3 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!