Azərbaycanda 3 bankın əmanətçilərinə 42 mln. manatdan çox kompensasiya ödənilib | Banco.az

Azərbaycanda 3 bankın əmanətçilərinə 42 mln. manatdan çox kompensasiya ödənilib

Fond tərəfindən bu günə qədər sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin əmanətçilərinə 20 mln. manatdan çox kompensasiya verilib

Bu günə qədər seçilmiş agent banklar tərəfindən “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərə 21 milyon 529 min manat kompensasiya ödənilib. "Report" xəbər verir ki, bu barədə Əmanətlərin Sığirtalanması Fondunun (ADIF) yaydığı məlumatda qeyd edilir.

ADİF-in məlumatına görə, “Gəncəbank” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 621 min manat kompensasiya ödənilib.

Fond tərəfindən bu günə qədər sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin əmanətçilərinə 20 mln. manatdan çox kompensasiya verilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib və bu tarixdən etibarən banka müvəqqəti inzibatçı təyin edilib. Yanvarın 22-də isə "Bank of Azerbaijan" ASC ilə bağlı sığorta hadisəsi olub. Fond 6 min əmanətçiyə 24 mln. manat kompensasiya veriləcəyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 24 yanvar tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib və “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, yanvarın 25-dən Banka müvəqqəti inzibatçı təyin edilib. Yanvarın 28-də adıçəkilən bankda sığorta hadisəsi baş verib və fevralın 4-dən etibarən isə fond əmanətçilərin ərzələrinin qəbuluna başlayıb.Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, “Gəncəbank”ın ümumilikdə 6 minə qədər əmanətçisi var və onlardan yalnız 500-ə qədəri aktvdir. Həmçinin ümumilikdə 378 əmanətçiyə 1,5 mln. manat ödəyəcəyini də açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Cari il fevralın 4-də “Texnikabank”da sığorta hadisəsi baş verib. Fond bankın əmanətləri qorunan 20 340 əmanətçisinə ümumilikdə 123 166 426 manat ödənilməsi üçün müraciət edildiyini, həmin məbləğin 79 mln. manatlıq hissəsinin ödəniləcəyini və digər məbləğlə bağlı araşdırma aparıldığını açıqlayıb.