Azərbaycana xaricdən göndərilən pul artıb | Banco.az

Azərbaycana xaricdən göndərilən pul artıb

2018-ci ilin I yarımilliyində (yanvar-iyun dövründə) iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir etmişdir.

İlkin rəqəmlərə əsasən, 2018-ci ilin 6 ayında ölkəyə daxil olan pul baratları 681 milyon ABŞ dolları təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin I yarımilliyində ölkəyə daxil olan pul baratlarının məbləği 456 milyon dollar, 2016-ci ilin eyni dövründə isə 290 milyon dollar təşkil etmişdi.

Marja.az