Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-noyabr aylarında 24.4 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 12.8 milyard ABŞ dolları təşkil edib. Cari ilin yanvar-noyabr aylarında ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30.7% artıb, dəyəri isə 13,7% azalıb.
Qeyd edək ki, bu ilin ilk 11 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 40.54% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!