“Azərbaycan Sənaye Sığorta”dan lisenziya ilə bağlı AÇIQLAMA | Banco.az

“Azərbaycan Sənaye Sığorta”dan lisenziya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə, “Azərbaycan Sənaye Sığorta” ASC-nin müraciəti əsasında təkrarsığorta lisenziyası ləğv edilib. ASC-dən bildirilib ki, təkrarsığorta lisenziyasından "faktiki olaraq təkrarsığorta riskləri qəbul etmədiyinə görə" imtina edilib.

bu “Azərbaycan Sənaye Sığorta”nın açıqlamsında deyilir:

- “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci ildə yaradılmış peşəkar sığorta şirkətidir. Şirkətin müştərilərə qarşı siyasətinin əsasını hər bir riskə fərdi qaydada yanaşma təşkil edir. Fiziki və korporativ müştəriləri üçün dəqiq, şəffaf və etibarlı tərəfdaş olduğunu 22 il ərzində təstiq edib.

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycan Sənaye Sığorta” ASC strategiyasına uyğun olaraq digər sığorta şirkətlərindən riskləri qəbul etmək üçün tələb olunan təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. “Azərbaycan Sənaye Sığorta” ASC 2015-ci ildən etibarən faktiki olaraq təkrarsığorta riskləri qəbul etmir və bununla bağlı qanunvericiliyə tam uyğun fəaliyyət göstərir.

Təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi “Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Şirkət müştərilərə yüksək keyfiyyətli xidmət verir və bu istiqamətdə fəaliyyətini davam etməkdədir.

FED.AZ