Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin birinci rübündə (yanvar-mart) Rusiyaya 225 milyon 518 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 24 milyon 817 min dollar və ya 12,4% çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 200 milyon 701 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı da Rusiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!