Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 14 mlrd. dolları ötüb | Banco.az

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 14 mlrd. dolları ötüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü il yanvarın 1-nə 14 152,0 mln. ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvarın 1-nə nisbətən 2 457,2 mln. dollar və ya 21% çoxdur.

Məlumata görə, təkcə dekabr ayında rəsmi valyuta ehtiyatları 409,5 mln. dollar və ya 3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Göründüyü kimi, 2012-ci illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarının artım tempi müəyyən qədər yüksəlib. Belə ki, 2012-ci il ərzində valyuta ehtiyatlarının həcmi 1,213 mlrd. dollar və ya 11,6% artıb.

Orta hesabla 2012-ci ildə aylıq artım 101 mln. dollara bərabər olub, ötən il isə həmin göstərici 204,8 mln. dollara yaxın olub.

apa.az