Bu gün noyabrın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 19-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 18-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0506 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0069 manat və ya 0,62% artaraq 1,1252 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62% artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.