Azərbaycan bu il İsrailə neft satışını 28%-ə yaxın artırıb | Banco.az

Azərbaycan bu il İsrailə neft satışını 28%-ə yaxın artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İsrail bu ilin yanvar-aprel aylarında Azərbaycandan 621 milyon 83 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 120 milyon 144 min dollar və ya 24% çoxdur. 

Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 27,6% artaraq 1 milyon 21 min tona çatıb. 

Qeyd edək ki, bu dövrdə İsrail Azərbaycanın xam neft ixrac etdiyi ikinci ölkə olub. Hesabat ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 634 milyon 836 min dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram