"Azərpoçt" MMC STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə göstərilən pul köçürmələri xidməti tariflərinin azaldılması məsələsinə baxır.
Bu məsələ iyunun 11-12-də Qazaxıstanda keçirilən Poçt-maliyyə xidmətləri və elektron pul köçürmələri üzrə regional konfrans çərçivəsində nəzərdən keçirilib.
Azərbaycan, həmçinin STEFI sistemi bazasında yeni xidmətlərin tətbiqi imkanlarını nəzərdən keçirib. Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pul köçürmələrini təklif edir. Xidmət yaxın vaxtlarda Qırğızıstan üzrə də tətbiq ediləcək.
Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.
STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.
Mənbə: trend.az