“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 3,2 milyard manatlıq vaxtı keçmiş borc geri qaytarılıb" | Banco.az

“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 3,2 milyard manatlıq vaxtı keçmiş borc geri qaytarılıb"

İndiyə qədər “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 9 600-dən çox problemli aktiv qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında BOKT-nin İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi quruma 3,2 milyard manatdan çox vaxtı keçmiş borc ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

“Biz müxtəlif istiqamətdə işlər aparırıq. Hansısa müştərilərin maliyyə vəziyyətini düzəltmək mümkündürsə, onun kredit borcunu restrukturizasiya edirik və bununla da müştərilər yenidən kreditlərini qaytarmağa, maliyyə vəziyyətlərini sağlamlaşdırmağa, yeni iş yerləri açmağa başlayırlar", - deyə M.Musayev qeyd edib.

Report.az