Noyabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətinin dollarla yerləşdirilmiş hissəsi 81,15% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.
Xatırladaq ki, oktyabrın 1-də bu göstərici 81,75%, ilin əvvəlində 85%, 1 il bundan əvvəl isə 75,97% olub.
Bu ilin oktyabr ayının sonuna cəmi depozit bazasında dollarlaşmanın səviyyəsi 75,5% təşkil edib. Bu göstərici sentyabrın sonuna 78,64%, ilin əvvəlinə 81,6%, 1 il bundan əvvəl isə 74,84% olub.
Noyabrın 1-nə kreditlərin strukturunda dollarla verilmiş borcların payı 46,21% təşkil edib. Bu göstərici oktyabrın 1-nə 47,29%, ilin əvvəlində 49,4%, 1 il bundan əvvəl isə 39,23% təşkil edib.
Mənbə: Report.az