Azərbaycan bankları ipotekaya tələbi dəyişiblər (CƏDVƏL) | Banco.az

Azərbaycan bankları ipotekaya tələbi dəyişiblər (CƏDVƏL)

Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu barədə Trend Azərbaycan İpoteka Fonduna (AİF) istinadən məlumat verir.

Bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında" qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.

AİF-in məlumatına əsasən, Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, "Unibank" isə 200 manatadək artırıb.

Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, "Muğanbank" ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.

Bankın adı

Yaşayış minimumu (ailənin hər bir üzvünə düşən məbləğ 136 manatdan az olmamalıdır)

Adi ipoteka üzrə ilkin ödəniş (%)

Güzəştli ipoteka üzrə ilkin ödəniş (%)

Bank Respublika

180

50

50

PAŞA Bank

180

40

20

Muğanbank

140

40

40

Expressbank

150

40

40

Bank Standard

175

40

30

Azərbaycan Beynəlxalq Bankı

175

40

30

AtaBank

140

40

40

Bank of Baku

180

30

15

Azər Türk Bank

150

30

25

Yapı Kredi Bank

136

30

30

XalqBank

136

30

30

Unibank

200

30

30

TuranBank

136

30

30

Nikoyl Bank

136

30

15

Amrah Bank

140

30

15

AGBank

136

30

30

Rabitəbank

136

20

15

Caspian Development Bank

136

20

15

Bank Silk Way

140

20

15

Bank BTB

136

20

15

Zaminbank

136

20

15

KredoBank

136

20

15

Kapital Bank

136

20

15

Dəmirbank

136

20

15

Bank VTB Azərbaycan

136

20

15

Bank Avrasiya

136

20

15

AFB Bank

136

20

15

Ən sərfəli kredit üçün müraciət et