Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyun aylarında 1 milyard 131 milyon 483 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9% və ya 73 milyon 54 min dollar artıb.
Məlumata görə, 2023-cü ilin ilk yarısında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 58 milyon 429 min dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 12,76% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!