Azər-Türk bank 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Aktivlərin həcmi 2018-ci ilin I rübü üzrə 310 milyon 500 min manat olan bank keçən ilin birinci rübünə nisbətən 8%-ə yaxın artım əldə edib. Belə ki, 31.03.2017-ci il tarixində bankın aktivlərini həcmi 288 milyon 861 min manat olub.
Keçən ilin I rübündə 140 milyon 101 min manat olan kredit portfeli bu il, 20% azalaraq 117 milyon 36 min manat olub.
Bankın öhdəlikləri 31.03.2017-ci il tarixi ilə müqayisə də artaraq 255 milyon 852 manat olmuşdu.
Depozitlərin həcmi isə keçən ilin I rübü üzrə 187 milyon 994 min manatdan 183 milyon 797 manata qədər azalıb.
2017-ci ilin I rübündə 55 min 711 olan bank kapitalı, 2018-ci ilin I rübündə 54 min 647 manata düşüb.
Mənfəətinə gəldikdə isə 31.03.2017-ci il tarixində 1 min 144 manat olan bankın mənfəəti 31.03.2018-ci il tarixində 1 min 65 manat olub.
Xəzər Aslanov. Banco.az