Müəllif: Gülnar Əhmədli Banco.az
2024-cü ilin ilk rübündə Azər Türk Bank-ın xalis mənfəəti 7 milyon 907 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci ilin göstəriciləri ilə müqayisədə 4,8 milyon manat və ya 2,6 dəfə çoxdur.
Bu ilin aprelin 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 458 milyon 532 min manat təşkil edib. Bu da illik müqayisədə 59,7% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Bankın aktivlərinin həcmi 913 milyon 299 min manata bərabər olub.
Hesabat dövründə bankın kredit portfeli isə 674 milyon 410 min manat olub. Azər Türk Bank-ın kredit portfeli ötən ilin eyni dövrünə nəzərən 83,5% artım göstərib.
Bankın kredit portfelinin 238 milyon 675 min manatını istehlak kreditləri, 252 milyon 820 min manatını biznes kreditləri, 182 milyon 914 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib.
Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 912 milyon 177 min manat təşkil edib. Depozit porfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!