AXA MBASK sığorta agentləri üçün yeni elektron xidmət tətbiq edib | Banco.az

AXA MBASK sığorta agentləri üçün yeni elektron xidmət tətbiq edib

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXA MBASK agentlərə investisiya yatırmağa davam edir.

Şirkətdən verilən məlumata görə, agentlərin gündəlik işlərini asanlasdırmağa davam edən AXA MBASK Sığorta Şirkəti agentlərin çalışma üsullarının tətbiqində daha bir addım kimi yeni rəqamsal sığorta haqqı qəbulu proqramını işə salıb. Beləliklə, Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq sığorta agenti ödənişləri rəqəmsal şəkildə həyata keçiriləcək.

Bu sistem sayəsində vahid onlayn uçot bazasında baş ofis və agentlər uçot əməliyyatlarını, xüsusilə də sığorta haqlarının sığortalılardan qəbul edilməsi, baş ofisə (sığortaçıya) ötürülməsi, komissiya aktlarının hazırlanması, o cümlədən, maliyyə-uçot hesabatlarının avtomatlaşdırılması təmin edilmişdir.

Müştərilərdən alınan sığorta haqqları rəqəmsal rejimdə qeydiyyata (uçota) alındığı üçün agentlər heç bir manual iş görməyəcəklər və hesabatları real vaxtda onlayn edəcəklər. Nəticədə, AXA MBASK agentləri manual hesabat hazırlanmasına vaxt sərf etməyəcək, bu səbəbdən də müştəriyə keyfiyyətli xidmətin göstərilməsinə və satışın artımına daha çox vaxt ayıracaqdır.

Ən sərfəli kredit üçün müraciət et

AXA MBASK Sığorta Şirkəti bu layihəni "işləməsi asan olan sığorta şirkəti" strategiyasına uyğun olaraq hazırlanmışdır və gələcəkdə də agentlərin asan sistemdə işləməsi üçün layihələrini davam etdirəcəkdir.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə ki, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Mənbə: trend.az