Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
KİV-i Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-avqust dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 17 milyon 286 min manat sığorta haqqı hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur. Ötən ilin yanvar-avqust dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 14 milyon 245 min manat sığorta haqları hesabalanmışdı.
Toplanmış sığorta haqlarının artmasına baxmayaraq ödənişlər 20,6% azalıb. 2017-ci ilin 8 ayı ərzində 7 milyon 393 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 5 milyon 870 min manata düşüb.
marja.az