Nəqliyyat vasitələri günümüzün ən vacib ehtiyacıdır. Belə ki, avtomobil alışı həm daha yaxşı nəqliyyat vasitəsi almaq istəyən sürücülər üçün, həm də avtomobili olmayan şəxslər üçün aktualdır. Bir çoxları üçün bunun optimal həlli avtomobili kreditə almaqdır. Banklar isə insanlara bu xidməti müxtəlif şərtlər altında təqdim edir.
Avto kredit vasitəsilə təzə və az işlənmiş avtomobillərin kredit yolu ilə alışı həyata keçirilir. Avto kreditin miqdarı və faiz nisbəti kredit verən banka, avtomobilin markasına, yaşına (yəni neçənci ilin istehsalı olmasına) görə dəyişməkdədir. Hal-hazırda Azərbaycanda avto kredit illik 17-30% arasında dəyişir.
İkinci əl və ya yeni avtomobil alınmasından asılı olaraq ilkin ödənişin miqdarı müxtəlifdir.
Yalnız TBC kreditdə avto kredit alınan zaman ilkin ödəniş tələb olunmur. (lakin verilən kreditin maksimum məbləği 15 000, əməkhaqqı tələbi isə minimum 600 AZN-dir).
Hal-hazırda avtomobil kreditlərində ilkin ödəniş olduqca yüksəkdir. Bu isə insanların avtomobil kreditinə marağını azaldır, belə ki, heç kəs avtomobilin 80% civarında məbləği özü tapıb, 20% miqdarda kredit almaq istəmir, çünki bu zaman həm əlavə sığorta xərcləri, həm də faiz xərclərini qarşılamalı olacaq.
Bank Respublika, Bank Standart, Bank of Baku-da ikinci əl avtomobillərin alışını kreditləşdirərkən, ilkin ödənişi avtomobilin 80% dəyərində tələb edir və yalnız 20% civarında kredit verə bilir.
Yeni avtomobillərdə isə avtomobilin qiyməti 30 000 manatdan az olduğu halda ilkin ödəniş məbləği 50% təşkil edir. Yox əgər, 30 000 manatdan çoxdursa, ilkin ödəniş məbləği 40% təşkil edir.
Ümumiyyətlə, avto kreditin sənədləşməsi zamanı tələb olunan şərtlər demək olar ki, eynidir.
- Şəxsiyyət vəsiqəsi,
- İş yerindən arayış (gəlirləri təsdiq edən digər sənədlər)
- Yaş həddi 20-60,
- Azərbaycan vətəndaşlığı.
İş yerindən arayış (gəlirlərin təsdiq edilməsi)
Mərkəzi Bankın qərarına əsasən müştərinin bankda olan kredit tarixçəsindən və əməkdaşlıq müddətindən asılı olmayaq, iş yerindən mütləq arayış təqdim olunmalıdır -
Kreditləşmə zamanı bəzi hallarda əlavə olaraq zamin tələb oluna bilər və təbii ki, alacağınız avtomobil bankda girov olaraq qeydiyyata salınacaq.
Demək olar ki, bütün banklarda kredit müddəti maksimum 60 aydır. Lakin, TBC Kredit-də bu müddət 36 aya qədərdir.
Şərtlərlə daha ətraflı cədvəldə tanış ola bilərsiniz.
Qeyd: hal-hazırda Bank VTB “Bank komissiyasına YOX deyək!” adlı yeni avto kredit aksiyaya start vermişdir.
Bank |
Müddət |
Məbləğ |
İlkin ödəniş |
İllik faiz dərəcəsi |
VTB |
48-60 ayadək |
Yeni avtomobilin 50-60%-i, |
Yeni avtomobillərdə qiymətin 40-50%-i, |
15% |
Bank Respublika |
36 ayadək |
Yeni avtomobilin 50-60%-i, |
Yeni avtomobillərdə qiymətin 40-50%-i, |
14-23% |
Expressbank |
6-36 ay |
1000-50000 (azn,u sd) |
Müraciət edilən avtosalondan asılıdır. Kredit bankın əməkdaşlıq etdiyi avtosalonlardan avtomobil alınarkən verilir |
17%-dən başlayır |
Yapı Kredi Bank |
36 ayadək |
Yeni avtomobilin 50-60%-i, |
Avtomobilin markasından asılı olaraq 30-50% 100.000 usd-ə qədər 30% ,100.000 usd-dən çox -50% |
19-21% |
DəmirBank |
36 ayadək |
50000 azn-dək |
Yeni avtomobillərdə qiymətin 40-50%-i, |
20%-dən başlayır |
AccessBank |
60 ayadək |
50000 (azn, usd) |
Avtomobil qiymətinin minimum 10%-i |
18-26% |
NBCBank |
36 ayadək |
30000 azn-dək |
Yeni və 1 ilə qədər olan avtomobillərdə - minimum 50% (30 000 AZN - ə qədər avtomobillər), min 40% (30 000 AZN və yuxarı) Ətraflı |
20%-26% |
TBC kredit |
36 ayadək |
15000 azn |
Tələb olunmur |
24% |
NİKOYL Bank |
6-36 ay |
2000-30000 azn |
Yeni avtomobillər üzrə ilkin ödəniş 40-50%, yaşı 1 ildən çox olan avtomobillər üzrə 80% |
23-24 % |
Bank of Baku |
12-60 ay |
500-50000 (azn-usd) |
Avtomobil dəyərinin 40-50%-i (yalnız yeni avtomobillər) |
17-18% |
Günel Abduraxmanova & Könül Soltanova / Banco.az