Avstraliyada inflyasiya tempi gözlənildiyindən daha çox azalıb | Banco.az

Avstraliyada inflyasiya tempi gözlənildiyindən daha çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyada noyabr ayında 4,3 faiz artım göstərən inflyasiya sürəti gözləniləndən çox yavaşlayıb.

Banco.az xəbər verir ki, Avstraliya istehlak qiymətləri indeksi noyabr ayında illik 4,3 faiz artıb ki, bu da 2022-ci ilin yanvarından bəri ən aşağı artımdır.

Bu həmçinin oktyabrda qeydə alınan 4,9 faizdən aşağı göstəricidir.

Ekspertlər isə 4,4 faiz artım gözləyirdilər.

Ölkənin Statistika Bürosu bildirib ki, noyabr ayındakı artıma ən böyük töhfə verən sektorlar mənzil, sığorta və maliyyə xidmətləri, həmçinin spirtli içki və tütün məmulatları olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram