Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada işsizlik nisbəti rekord səviyyədə aşağıdır.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat) məlumatına görə, noyabrda Avrozonada işsizlik səviyyəsi 6,5 faizdən 6,4 faizə düşüb.
Region ölkələrində gənclər arasında işsizlik səviyyəsi də 14,8 faizdən 14,5 faizə enib.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada işsizlik nisbəti 3,1 faiz, Fransada isə 7,2 faiz olub.
Avrozonada işsizlik nisbətinin ən yüksək olduğu İspaniyada isə bu göstərici 11,9 faizə enib.
Avropa İttifaqında (Aİ) da oktyabrda 6 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti noyabrda 5,9 faizə düşüb. Sözügedən dövrdə Aİ-də işsizlərin sayı 12 milyon 954 minə çatıb. Bu insanların 10 milyon 970 mini Avrozonada yaşayır.
Qeyd edək ki, işsizlik nisbətinin azalması Avropa Mərkəzi Bankının (ECB) yaxın müddətdə faizləri azaltmağa başlamayacağına dair gözləntiləri də gücləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!