Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona 2023-cü ilin son rübündə ardıcıl iki rüb daralma olaraq təyin olunan tənəzzülün astanasından qayıdıb.
Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) tərəfindən verilən məlumata görə, 20 üzvlü Avrozona oktyabr-dekabr dövründə əvvəlki rüblə müqayisədə artım göstərməyib.
Proqnozlar isə 0,1 faiz daralma istiqamətində idi. Region iqtisadiyyatı ilin üçüncü rübündə 0,1 faiz daralmışdı.
Avrozona 4-cü rübdə illik əsasda isə proqnozlara uyğun olaraq 0,1 faiz artıb.
Avrozonanın 2-ci ən böyük iqtisadiyyatı olan Fransa 2023-cü ilin oktyabr-dekabr dövründə böyüməyib. Fransada böyüməyə yeganə müsbət töhfəni ticarət sektoru verib.
Avropanın ən böyük iqtisadiyyatı Almaniya isə ilin son rübündə proqnozlara uyğun olaraq 0,3 faiz daralıb.
Bizi sosial şəbəkələrdən izləyin!!