Avrozona 13,9 milyard avro xarici ticarət kəsiri verib | Banco.az

Avrozona 13,9 milyard avro xarici ticarət kəsiri verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona may ayında 13,9 milyard avro xarici ticarət kəsiri verib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) may ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın beynəlxalq ticarət məlumatlarını dərc edib.

Məlumatlara görə, Aİ-nin ixracatı may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,6 faiz azalaraq 216,3 milyard avro, idxalı isə 6,2 faiz azalaraq 206,6 milyard avro olub. Aİ-nin sözügedən ayda xarici ticarət kəsiri 9,7 milyard avro hesablanıb.

Avrozonada isə ixrac may ayında 2023-cü ilin eyni ayına görə 0,5 faiz azalaraq 241,5 milyard avroya, idxal 6,4 faiz azalaraq 227,6 milyard avroya enib. Beləliklə, Avrozonanın may ayında ticarət kəsiri 13,9 milyard avro olaraq qeydə alınıb.

Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal edən ölkələr 44,2 milyard avro ilə ABŞ, 28,4 milyard avro ilə Böyük Britaniya, 18,1 milyard avro ilə Çin, 16,3 milyard avro ilə İsveçrə və 10 milyard avro ilə Türkiyə olub. Aİ ölkələrinə ən çox ixrac həyata keçirən ölkələr isə 41,9 milyard avro ilə Çin, 29,9 milyard avro ilə ABŞ, 13,7 milyard avro ilə Böyük Britaniya, 11,3 milyard avro ilə İsveçrə, 8,2 milyard avro ilə Türkiyə və Norveç olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram